Şriftin ölçüsü :

Saytın rəngi :

"2 Fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə 02 fevral 2026-cı il tarixində Qobustan Gənclər Evində Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun və Qobustan Gənclər Evinin birgə təşkilatçılığı ilə rayonun fəal gəncləri ilə görüş keçirildi.

02 fevral 2026 | 17:22

Tədbirdə 35 nəfər( 19 qız,16 oğlan) iştirak edirdi. Əvvəlcə "2 Fevral-Azərbaycan Gəncləri Günü" ilə əlaqədar sənədli film izlənildi.Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Lalə Maxsudova,
Qobustan rayonu üzrə gənclər və idman sektorunun müdiri Qadir Əkbərov, Qobustan şəhər 3 saylı məktəbin direktor əvəzi Kənan Rəhimli və başqaları çıxış edərək rayon gənclərini təbrik etmiş, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər barədə, rayon gənclərinin əldə etdiyi uğurlar barədə geniş məlumat verdilər.
Daha sonra rayonun gənclər siyasətində fəal iştirakına görə gənclər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif edildi.
Tədbirin keçirilməsində əsas məqsəd “2 Fevral-Azərbaycan Gəncləri Günü”nün qeyd olunması, gənclərə qarşı diqqət və qayğının artırılmasından ibarətdir.

Keçidlər