Şriftin ölçüsü :

Saytın rəngi :

20 noyabr 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan Korpusunda 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində “Mənim hüquqlarım” adlı maarifləndirici tədbir keçirildi.

20 noyabr 2026 | 16:04

     20 noyabr 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan Korpusunda 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində “Mənim hüquqlarım” adlı maarifləndirici tədbir keçirildi.

     Tədbirdə Qobustan RİH başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Hüquq və kadr məsələləri sektorunun müdiri Aytən
Əhmədova, Qobustan Rayon Polis Şöbəsinin sahə rəisi-polis leytenantı Cümşüd Əşrəfov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Günay Bədəlova,Qobustan 1 saylı Mediasiya təşkilatının direktoro Nemət Alcanov, müəllimlər və şagirdlər iştirak etdilər.

     Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Təranə Güləliyeva çıxış edərək bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixində qəbul etdiyi Uşaq Hüquqları Konvensiyası uşaqların hüquqlarının qorunması istiqamətində ən mühüm beynəlxalq sənədlərdən biridir. Azərbaycan da bu Konvensiyaya qoşularaq uşaqların hüquqlarının müdafiəsi ilə bağlı üzərinə mühüm öhdəliklər götürmüşdür. Ölkəmizdə uşaqların hüquq və mənafelərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər bir uşağın yaşamaq və sağlam inkişaf etmək hüququ vardır. Hər bir uşağın təhsil almaq, tibbi yardımdan istifadə etmək, ailə qayğısı ilə əhatə olunmaq, istirahət etmək və oyun oynamaq hüququ təmin edilməlidir. Uşaqlar öz fikirlərini sərbəst ifadə edə bilməli, onların düşüncələrinə və şəxsiyyətlərinə hörmətlə yanaşılmalıdır.

     Tədbirin sonunda mövzuya aid videoçarx nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər