Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar–Xalqımızın azadlıq və zəfər yolunun başlanğıcı” mövzusunda  tədbir

16 yanvar 2025 | 17:05

Yanvarın 16-da Qobustan şəhəri A.Qayıblı adına 3 saylı tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “20 Yanvar–Xalqımızın azadlıq və zəfər yolunun başlanğıcı” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Qobustan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsən Əhmədli, DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan şəhəri A.Qayıblı adına 3 saylı tam orta məktəbin direktoru Elxan Cəbisoy, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı 20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş cinayət olduğu habelə 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdiyi vurğulanıb. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev olduğu bildirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər