20.10.2025 – ci il tarixdə Qobustan rayon şəhidi Vətən Müharibəsi Qəhrəmanı Vəliyev Elyar Arif oğlunun anım günü tədbiri keçirilmişdir.
20.10.2025 – ci il tarixdə Qobustan rayon şəhidi Vətən Müharibəsi Qəhrəmanı Vəliyev Elyar Arif oğlunun anım günü tədbiri keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkili Şahin Seyidzadə, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, hüquq mühafizə orqanlarının rəhbərləri,Qobustan Rİh – nin əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə şəhidin məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşdur. Daha sonra Qobustan şəhərində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Vəliyev Elyar Arif oğlunun xatirəsinə həsr olunmuş “Qəhrəmanlığın Elyar Zirvəsi” kitabının təqdimatı olunmuşdur.
Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində doğulub. Vəliyevlər ailəsinin ilki olan Elyar kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra hərbiçi olmaq qərarına gəlib. 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub və burada öz şücaəti ilə komandir heyətinin rəğbətini qazanıb.
Vətən Müharibəsi başlayanda Elyar artıq 10 il idi ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. O, Vətən Müharibəsinə kimi 2016-cı ilin aprel döyüşlərinin və 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. Sentyabrın 27-dən başlayan Vətən Müharibəsində Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşüb . Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub.






