15 sentyabr - Bilik günü münasibətilə Qobustan rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirildi.
15 Sentyabr - Bilik günü münasibəti ilə rayonun bütün ümumtəhsil ocaqlarında tədbirlər keçirildi. Qobustan rayon Poladlı kənd tam orta məktəbində təşkil olunmuş Bilik günü tədbirində rayon icra hakimiyyətinin başçısının müavini, İcra nümayəndəliyi, məktəbin müəllim və şagird kollektivi, valideynlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə Qobustan rayon Poladlı kənd icra nümayəndəsi Qəhrəmanov Qəhrəman çıxış edərək bilik günü münasibəti ilə müəllim və şagird heyətini təbrik etdi və sözu Qobustan rayon İcra Hakimiyyətinin Başçısının müavini Güləliyeva Təranə xanıma verdi. Təranə xanımda "15 Sentyabr bilik günü münasibəti ilə hər kəsi təbrik etdi. 1-ci sinif şagirdlərinə də uğurlar arzuladı. Bildirdi ki, Poladlı kənd tam orta məktəbi şəhid Kərimov Mahir Bəymirzə oğlunun adını daşıyır. Sonra qeyd etdi ki, zaman keçir fəsillər dəyişir, illər əsrlər minillikləri əvəz edir. Zaman keçdikcə bir çox tarixi hadisələr baş verir. Bu tarixi hadisələrin çoxu unudulur, bəziləri isə yadda qalır. Nəsillər bir-birini əvəz etdikcə tez-tez bu tarixi hadisə xatırlanır və insanların yolu işıqlı zirvəyə yönəlir. Bu işıqlı zirvə şəhidlik zirvəsidir. Şəhidlər kədərimiz, ürək ağrımız, qürurumuz, vüqarımz və örnəyimizdir. Biz inanırıq ki, Azərbaycan ordusunun Ali baş komandanı cənab İlham Əliyevin başçılığı ilə igid oğullarımız, qüdrətli ordumuz tezliklə düşmən üzərində qələbə qazanacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Tezliklə zəfər marşı çalınacaq".
Tədbir Şəhid Kərimov Mahir Bəymirzə oğlunun anası Kərimova Müşki xanım, dayısı Sadıqov Hacalı, ağsaqqal Ağayev Abdulhəsən və Ağayev Ağamurad müəllimin çıxışları ilə davam etdi.
Onlar qeyd etdilər ki: "Şəhid Kərimov Mahir Bəymirzə oğlu Şamaxı rayonu Poladlı kəndində 1972 - ci ildə anadan olub. Ağır döyüşlərdə iştirak edən Mahir 1993-cü ildə Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Mahir xatirəsini əbədiləşdirmək üçün Qobustan rayon Poladlı kənd tam orta məktəbinə onun adını veriblər".
Sonda şagirdlər müxtəlif şeirlərlə çıxış etdilər.