Şriftin ölçüsü :

Saytın rəngi :

“18 Sentyabr Milli Musiqi Günü”

18 sentyabr 2017 | 16:00

Qobustan rayon Mərkəzi kitabxanasının Oxu zalında Milli Musiqi Günü münasibəti ilə “18 Sentyabr Milli Musiqi Günü” başlıqlı sərgi və söhbət təşkil edildi. Söhbətdə Kitabxanamızın əməkdaşları və fəal oxucularımız iştirak etdi. Söhbəti giriş sözü ilə açan Əsədova İzzət milli musiqi tariximizdən, musiqimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun şəxsiyyətindən, sənətindən, sənətinin böyüklüyündən söhbət açaraq qeyd etdi ki, Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyov həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunmağa başlanmışdır. Üzeyir Hacıbəyov görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur.

Keçidlər