Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Poladlı kəndində “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” mövzusunda tədbir keçirilib.

20 sentyabr 2017 | 16:00

Sentyabrın 19-da Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində Qobustan rayonu Poladlı kəndində  “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” mövzusunda tədbir keçirilib.
            Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin  müdiri Rəhim Rəhimli,  QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Poladlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qəhrəman Qəhrəmanov, Rayon Dövlət Arxivinin müdiri Teymur Ağayev, bələdiyyə sədri Tarverdi Astanov, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.
            Tədbiri giriş sözü ilə RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumların işləri üzrə təşkilatçısı Aftandil Şikarov açıb və məruzə ilə çıxış edib. O, qeyd edib ki, cənab Prezident 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi 2017-ci ili isə “İslam Həmrəyliyi ili” elan etməsi dünyanın sabitliyi, təhlükəsizliyi və dünya müsəlmanlarının bir araya gələrək qanlı toqquşmalara son qoymaq kimi yüksək amallara xidmət edir.
              DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin  müdiri Rəhim Rəhimli müsəlman dünyasının mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edərək İslam həmrəyliyi və milli mənəvi dəyərlərimiz barədə tədbirə toplaşanlara ətraflı məlumat verib.
              Tədbirdə çıxış edən QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev cənab Prezidentin dəsti-xətti ilə müasir dünyamızda İslam aləmi üçün yeni bir dəyərin yarandığını, İslam aləminin mənəvi vəhdətinə nail olmağın zamanının yetişdiyini diqqətə çatdırıb.
        Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər