Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyi sülh və birlik nümunəsidir”

26 sentyabr 2017 | 16:00

    Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilə Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “İslamda birlik, bərabərlik»” mövzusunda maarifləndirici tədbir keçirilib.
   Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan RİH Başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baxşalıyev Baxşalı, Təklə-Mirzəbaba kənd məscidi dini icmasının sədri Elman Qayıbov, kənd ağsaqqalları, müəllimlər və şagirdlər iştirak ediblər.
   Çıxışlar zamanı İslam dininin birlik və bərabərlik prinsiplərini təbliğ etdiyi vurğulanmış, ölkəmizdə mövcud olan ənənəvi dindarlığın da məhz bu kriteriyalara əsaslandığı qeyd olunmuşdur. Natiqlər bu gün müasir dünyada baş verənlərin təkcə müsəlmanlar üçün deyil, bütün bəşəriyyət üçün faciə olduğunu, məhz bu səbəbdən də birlik, tolerantlıq nümunəsi olan xalqımızın dünyada müsbət tərəfdən tanınıdığını dinləyicilərə çatdırmışlar. Prezidentimizin həmrəylik prinsiplərini əsas tutaraq müsəlman ölkələrinə müraciəti isə ölkəmizin dünyadakı nüfuzunu ifadə etdiyi xüsusi vurğulanmışdır.
   Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib
   Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

 

Keçidlər