Şriftin ölçüsü :

Saytın rəngi :

Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev 2017-ci ilin oktyabrın 1-də vəfat edib. Allah rəhmət etsin.

01 oktyabr 2017 | 16:00

   Ömər Ağayev 1928-cı ildə Şamaxının Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildən başlamışdır. 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. 1959-cu ildən Sov.İKP üzvü olmuşdur. 1960-cı ildən hopdurucular briqadasının briqadiri olmuşdur. AKP 28 və 29-cu qurultaylarında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 22 və 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. 3 yanvar 1974-cü ildə sənayenin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur.

Ömər Ağayev 2017-ci ilin oktyabrın 1-də vəfat edib. Allah rəhmət etsin.

Təklə kəndində dəfn olunub.             

Keçidlər