Şriftin ölçüsü :

Saytın rəngi :

22.11.2025-ci il tarixdə Qobustan rayonu Cəyirli kəndində Vətən müharibəsi şəhidi İbadov Murad Yusif oğlunun anım günü tədbiri keçirilmişdir.

22 noyabr 2025 | 11:29

22.11.2025-ci il tarixdə Qobustan rayonu Cəyirli kəndində Vətən müharibəsi şəhidi İbadov Murad Yusif oğlunun anım günü tədbiri keçirilmişdir.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov,  hüquq mühafizə orqanlarının rəhbərləri, aparat əməkdaşları,YAP Qobustan rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və Cəyirli kənd sakinləri iştirak etmişdir.

Tədbir iştirakçıları  Şəhidin məzarı önünə gül dəstələri qoymuşdur.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov çıxış edərək  Vətən Müharibəsində qazanılan tarixi zəfərin önəmini qeyd etmişdir.

Keçidlər