Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adlı tədbir təşkil olunmuşdur.

09 oktyabr 2017 | 16:00

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı    Azərbaycan Respublikasının   Prezidenti  yanında  QHT-lərə  Dövlət Dəstəyi  Şurasının  maliyyə  dəstəyi  və   Daxili  İşlər Nazirliyinin  təşkilatı  dəstəyi ilə  Qobustan rayonunda    "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı  tədbir  təşkil etmişdir.
Tədbir  Qobustan  Rayon İcra  Hakimiyyətində təşkil olmuşdur.  Mövzu və  layihə təbdbir  iştirakçıları  tərəfindən olduqca  maraqla qarşılanıb. Tədbirdə  Rayon Polis Şöbəsinin əməkdaşları, icra hakimiyyətinin əməkdaşları, bələdiyyə  nümayəndələri, müəllimlər,  gənclər və rayon ərazisində fəaliyyəət göstərən özəl qrumların nümayəndələri iştirak ediblər.  Tədbiri giriş sözü ilə Təşkilatın sədri və layihənin koordinatoru  Ramiz  Alıyev açaraq  layihə haqqında qonaqlara məlumat  vermiş və  mövzunun vacibləyini diqqətə çattırmışdır.  Ramiz Alıyev  İnsan Alverinə  Qarşı Mübarizə ilə bağlı cənab Prezidentin təsdiqlədiyi Milli Fəaliyyət  Planı haqqında tədbir  iştirakçılarına  məlumat verdi.  İnsan  alveri  və  bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışdı. Azərbaycan  dövlətinin İnsan Alverinə Qarşı mübarizə ilə bağlı apardığı siyasəti diqqətə çattırdı.  Bildirdi ki, “Hər il Azərbaycan  Respublikası  Prezidenti  yanında  QHT-lərə  Dövlət  Dəstəyi  Şurası  vətəndaş  cəmiyyətinin  həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə  dəstək olur.  Natiq qeyd etdi ki, ” Cənab Prezident tərəfindən  İnsan Alverinə Qarşı  Mübarizə  Komissiyasın sədri və  İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator  təyin  olunmuş   Daxili İşlər Nazirinin birinci müavini general-leytenant cənab Vilayət  Eyvazovun  rəhbərliyi ilə bu gün  Azərbaycanda insan  alverinə qarşı mübarizə  ilə bağlı fəaliyyət yüksək səviyyəddir və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır. Eyni zamanda  İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin  nümayəndələri ilə Baş İdarənin  əməkdaşlığı yüksək səviyyədə qurulmuşdur.”
Daha Sonra Qobustan Rayon İcra Hakimiyyəti aparatının Hüquq Şöbəsinin müdiri İradə Məmmədova və Qobustan Rayon polis Şöbəsinin Cinayət Axtarış  bölməsinin  rəisi  Habil Hüseynov çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair  aparılan maarifləndirmə tədbirləri və cənayyətkarlıqla mübarizə ilə bağlı qonaqlara  və  tədbir iştirakçılarına  geniş məlumat vermişlər.

 

 

Keçidlər