Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədovun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabatı.
Qobustan RİH-nın başçısı cənab Adil Məmmədov məruzə ilə çıxış etdi:
Bu ilin doqquz ayı rayonumuz üçün çox uğurlu olmuşdur. Xüsusilə ən ələmətdar hadisə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rayonumuza səfəridir.
Bildiyiniz kimi cənab Prezident 2 oktyabr 2017-ci il tarixdə rayonumuzda olaraq görülmüş işlərlə bir daha yerində tanış olmuş, şəhərdə inşa edilmiş 100 yerlik uşaq bağçasının, Təklə-Sündü-Xilmilli yolunun, 4 zolağa genişləndirilmiş Bakı-Şamaxı yolunun Cəngi-Bədəlli hissəsinin açılışını etmiş, şəhərimiz üçün həyati əhəmiyyət kəsb edən su layihəsinin başa çatdırılması ilə əlaqədar Sukanal İdarəsinin yeni inzibati binasında ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Bu görüşü Sizin hər biriniz izləmisiniz. Cənab Prezident bu görüşdə rayon xəstəxanasının tikintisi ilə əlaqədar olaraq bildirmişdir ki, burada işlər yavaş gedir, sürətləndirilməlidir.
Cənab Prezidentin səfərdən sonra imzaladığı Sərəncama əsasən Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır.
Hesabat dövründə ilkin hesablamalara əsasən ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 % artaraq 104 milyon 586 min 600 manat olmuşdur. O cümlədən, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 35,6 %, tikinti iş və xidmətlərinin cəmi 2,1 dəfə, nəqliyyatda 3,2 %, sənaye məhsulunun həcmi 8,7 % artmışdır.
Baxılan dövrdə əsas kapitala yönəlmiş investisiyalar 74,5 %, o cümlədən tikinti quraşdırma işlərinin dəyəri 1,8 dəfə artmışdır. Bu ilin 9 ayında muzdla işləyənlərin orta aylıq əmək haqqı 11,2 % artmışdır.
Sonra Qobustan rayon Təhsil şöbəsinin müdiri Füzuli Gulalıye,Telekomunikasiya qovşağının rəisi Bəhruz Aslanov, Zona təcrübə stansiyasının rəisi Atabəy Cahangirov çıxış etdilər.
Sonda Qobustan RİH-nin Böyük mütəxəssis Şəfəq Gülverdiyeva qərar layihəsini oxudu.