Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günü

22 iyun 2024 | 11:46

Qobustan şəhər Heydər Əliyev parkında 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə Ulu öndərin abidəsi önünə gül qoyma mərasimi keçiriləcək.

Qobustan rayonunda 23 iyun “Dövlət Qulluqçuları” peşə bayramı günü münasibətilə Ulu Öndərin abidəsi önünə gül qoyma mərasimi keçirildi. Rayonda çalışan dövlət qulluqçuları Ulu öndər, dahi şəxsiyyət  Heydər Əliyevin  abidəsi önünə qızılgüllər, tər qərənfillər düzdülər.
   Qobustan Rayon icra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov dövlət qulluqçularını təbrik etdi. Onlara gələcəkdə  çətin və şərəfli işlərində uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd etdi ki, hər bir dövlət qulluqçusu xalqın xidmətçisidir. 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Keçidlər