23.10.2025 - ci il tarixdə Qobustan rayonunun Sündü kəndində Vətən Müharibəsi şəhidi Ağayev Zamin Zülfüqar oğlunun il mərasimi keçirilmişdir.
23.10.2025 - ci il tarixdə Qobustan rayonunun Sündü kəndində Vətən Müharibəsi şəhidi Ağayev Zamin Zülfüqar oğlunun il mərasimi keçirilmişdir. Mərasimdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, hüquq mühafizə orqanlarının rəhbərləri, aparat əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və Sündü kənd sakinləri iştirak etmişdir.
Tədbir iştirakçıları Şəhidin məzarı önünə gül dəstələri qoyub.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov çıxış edərək Vətən Müharibəsində qazanılan tarixi zəfərin önəmini qeyd etmişdir.






