Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunun 2 kəndində - Xilmilli və Təklə Mirzəbaba kəndlərində artezian quyuları qazılıb.

24 oktyabr 2017 | 16:00

Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Qobustan rayonunun 2 kəndində  Xilmilli və Təklə Mirzəbaba kəndlərində artezian quyuları qazılıb və hər iki quyu bu günlərdə istifadəyə verilib.
   Quyular Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən suvarma suyuna olan tələbatı ödəmək məqsədilə qazılıb. Quyuların hər biri azı 20 hektar sahəni su ilə normal təmin edəcək.
   Qeyd edək ki, rayonun daha iki yaşayış məntəqəsində - Ərəbşalbaş və Bədəlli kəndlərində də artezian quyularının qazılması nəzərdə tutulub.

Keçidlər