Şriftin ölçüsü :

Saytın rəngi :

Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib.

27 oktyabr 2017 | 16:00

              Oktyabrın 24-də Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə rayonun Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib.
             Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,  DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan RİH Başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baxşalıyev Baxşalı, Təklə-Mirzəbaba kənd orta məktəbinin direktoru Vüsal Şıxalıyev, dini icma sədri Elman Qayıbov, kənd ağsaqqalları, müəllimlər və şagirdlər  iştirak ediblər.
             Çıxışlar zamanı məzhəblər arasında ayrı-seçkiliyin ölkəmiz üçün yad olduğu qeyd edilmiş, bu baxımdan tolerantlıq ənənələrinin bu sahədə də önəmi vurğulanmışdır. Qeyd olunmuşdur ki, məzhəb ayrı-seçkiliyinin yaradılması, dini dözümsüzlük amillərinin gücləndirilməsi ciddi fəsadlarla nəticələnir.
             Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Şəhadət” filmi nümayiş etdirilmişdir.
             Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablandırılıb.
             Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

 

Keçidlər