Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda payızlıq əkin sürətlə davam edir.

07 noyabr 2017 | 16:00

Qobustan rayonunda payızlıq əkin işləri başa çatmaq üzrədir. Builki təsərrüfat ilində rayonda 30 min hektara yaxın sahədə mülkiyyətçilər tərəfindən əkin işləri aparılır.  Dövlətin taxıl əkini aparan mülkiyyətçilərə qayğısı nəticəsində rayonda əkin dövriyyəsinin artırılması təmin edilib. Ötən illə müqayisədə taxılçılıqda orta məhsuldarlıq 5 sentnerə qədər artıb. Məhz bu səbəbdən də taxıl istehsalı hər il artır.

Yeri gəlmişkən, Qobustan rayonu yüksək keyfiyyətli, elit taxıl sortları ilə də məşhurdur. Rayonda ötən il 2000 ton yüksək keyfiyyətli toxum istehsal olunub. Azərbaycanın hətta ucqar rayonlarından belə fermerlər Qobustanda yetişdirilən toxumluq taxıla həvəslə müştəri düşürlər. Bilirlər ki, Qobustan fermerlərinin yetişdirdiyi taxıl ən yüksək standartlar səviyyəsindədir. 

Bu il qobustanlı fermerlər təkcə taxıl sahələrindən deyil, bütün sahələrdə ötən ildə olduğundan daha çox məhsul əldə etmək əzmindədirlər. 2018-cı ilin məhsulu üçün hələ ötən ilin sonunda əkin sahələri xeyli artırılıb.

Qobustan rayonunda hər il 30 min hektara yaxın payızlıq əkin olur. Bunuda əsasən buğda və arpa təşkil edir. Bu il hava şəraiti əlverişsiz olsada rayonumuzda əkin çox sürətlə davam edir. Hal - hazırda əkin üçün 26 min hektar şumlanmış sahənin 23,5 min hektarı əkilib. Qeyd edək ki, rayonumuzda payızlıq əkin davam edir.

   

 

Keçidlər