Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının növbəti Şura iclası keçirildi .
29.11.2017 tarixdə Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının növbəti Şura iclası keçirildi . İclasda çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirdi ki, YAP-nın 25 illiyi yüksək səviyyədə qeyd olunmuşdur. O qeyd etdi ki, Yeni Azərbaycan Partiyası bu 25 il ərzində möhtəşəm bir tarix yaradıb.Bu 25 il ərzində xüsusilədə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonar Azərbaycanda baş verən bütün mütərəqqi ,müsbət dəyişikliklər ,inkişafı özündə əks etdirən bütün faktlar, Azərbaycanın müstəqil dövlətinin qurulması və onun iqtisadi və sosial cəhətdən inkişafı ,ölkəmizin simasının köklü surətdə yenilənməsi, müasirləşməsi ,ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi və saya biləcəyimiz bugünkü həyatımızı,dövlətimizin gerçəkliklərini ,inkişafını əks etdirən bütün müsbət , pozitiv cəhətlərin hər biri bir mənalı şəkildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Onun titanik fəaliyyətilə ,2003-cü ildən sonar isə Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsində bu irəliləyişlər əldə olunubdur. YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev 25 noyabr 2017- ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində səslənən fikirlərə münasibətini bildirdi.Qeyd olundu ki, 2018- ci ildə qarşıdan gələn Prezident seçkilərinə hazırlıqla əlaqədar bu gündən YAP Qobustan rayon təşkilatı öz işini günün tələbləri səviyyəsində qurmalıdır.Gələn ilin yanvar ayından etibarən partiyanın bütün strukturları seçkiyə hazırlıqla bağlı səfərbər olunacaq. Bütün bunların əsasında rayon miqyasdında yerli təşkilatlar tərəfindən görüləcək işlərlə bağlı tədbirlər planı hazırlanacaq.
Şura iclasında Şura üzvlərindən Elman Mikayılov, Zümrüd Şərifova, Qadir Əkbərov və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının 25 ildə uğurları və dünya siyasətində rolu haqqında geniş və ətraflı məlumat verdilər.