Şriftin ölçüsü :

Saytın rəngi :

BAMS Proqramına (bələdiyyələrin fəaliyyətlərinə nəzarət məqsədi ilə yaradılmış proqram) məlumatların daxil edilməsi ilə bağlı zona seminarı keçirilib.

07 dekabr 2017 | 16:00

Şamaxıda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və BAMS Proqramına (bələdiyyələrin fəaliyyətlərinə nəzarət məqsədi ilə yaradılmış proqram) məlumatların daxil edilməsi ilə bağlı zona seminarı keçirilib.

Qobustan və Şamaxı rayonlarının İcra Hakimiyyəti başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirləri və məsul işçılərinin, şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinin qatıldıqları seminarı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərov  açıb, mövzunun aktuallığını diqqətə çatdırıb.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov seminarda bələdiyyələrin fəaliyyətinin mövcud vəziyyəti və onun təkmilləşdirilməsi istiqamətləri barədə danışıb. O, bələdiyyələrdə təşkilati-idarəetmə, bələdiyyə-vətəndaş münasibətləri, kadr təminatı, müasir informasiya texnologiyalarının tətbiqi vəziyyəti, bələdiyyələrin maddi-texniki bazası və maliyyə-iqtisadi durumu haqqında ətraflı məlumat verib.

Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının bələdiyyələrlə iş departamentinin direktoru Cəlal İsgəndərov BAMS Proqramının tətbiqinin bələdiyyələrin maliyyə-iqtisadi vəziyyətinə təsirindən danışıb, proqramın tətbiqində bələdiyyələrin daha çox rastlaşdıqları çətinliklər və onların aradan qaldırılması ilə bağlı tövsiyələrini verib.

Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibinin müavini, bələdiyyələrin iqtisadi inkişafı və əlaqələndirmə departamentinin direktoru Pərviz Muradov BAMS Proqramına məlumatların daxil edilməsi vəziyyətinin seminar iştirakçısı olan bələdiyyələr üzrə təhlilini aparıb.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Keçidlər