“25 noyabr - Beynəlxalq Məişət Zorakılığı ilə Mübarizə Günü”
Qobustan rayon A.İbrahimov adına Nabur kənd Tam Orta Məktəbində yuxarı sinif şagirdlərinin və valideynlərin iştirakı ilə “25 noyabr - Beynəlxalq Məişət Zorakılığı ilə Mübarizə Günü” ilə əlaqədar olaraq tədbir keçirildi.
Məktəbin direktoru Zəfər müəllim Məmmədov giriş sözü ilə tədbiri açıq elan etdi, Vətən uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, daha sonra məişət zorakılığı ilə bağlı videoçarx nümayiş olundu.
Tədbirdə Qobustan RİH Başçısının müavini Təranə xanım Güləliyeva, Qobustan rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə inspektoru Zöhrab Hüseynov və gənc müəllimlər mövzu ilə bağlı və gender bərabərliyi, erkən nikahlarla da bağlı çıxışlar etdilər.
Eyni zamanda tədbirin sonunda gənclərlə mövzu ilə bağlı maraqlı diskusiya aparıldı, onların fikirləri dinlənildi və sualları cavablandırıldı.