Şriftin ölçüsü :

Saytın rəngi :

“Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyələrin nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda”

15 dekabr 2017 | 16:00

Bugün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qobustan rayon İcra Hakimiyyətinin akt zalında  “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyələrin nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda” İşgüzar Forum keçrildi. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyinin direktor müavini Rafiq Süleymanov, İcra nümayəndələri, bələdiyyə sədrləri və sahibkarlar iştirak edirdilər. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyinin direktor müavini Rafiq Süleymanov çıxış etdilər. Bildirdilər ki,  Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra apardığı torpaq islahatları, bölgüsü bu gün də Azərbaycan xalqına xidmət edir. Bu bir daha göstərir ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti inkişaf yolundadır. Bu inkişaf yolunu Prezdentimiz cənab İlham Əliyev uğurla davam etdirir.
     Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2-ci hissəsinin 2.8-ci bəndi ilə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsini, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin pozulması halları ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq strukturları tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında ötən dövr ərzində 1912 şəxs barədə inzibati protokol tərtib edilmiş və həmin şəxslərə 1 298 839 manat  məbləğində  cərimə tətbiq olunmuşdur.
         Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin əlamətlərinin aşakar olunması halları ilə bağlı isə 463 (bu il 333) şəxs barəsində müvafiq sənədlər hazırlanaraq Azərbaycan Respublikasının daxili İşlər Nazirliyinə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının 8641506 hektar vahid torpaq fondu məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq aşağıdakı yeddi kateqoriyaya bölünür:

     - kənd təsərrüfatı təyinatlı torpaqlar;
      - yaşayış məntəqələrinin ( şəhərlərin, qəsəbələrin və kənd yaşayış  
məntəqələrinin) torpaqları;
      - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər (ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin)  təyinatlı torpaqlar;
      - xüsusi qorunan ərazilərin torpaqları;
      - meşə fondu torpaqları;
      - su fondu torpaqları;
      - ehtiyat fondu torpaqları;

      Torpaqların məqsədli təyinatı -  müvafiq kateqoriyaya uyğun olaraq onun konkret məqsədlər üçün istifadəsinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
       Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

 

 

 

Keçidlər