“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu”
Dekabrın 20-də Qobustan Rayon İcra Hakimiyyətinin və DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində Qobustan rayonu Cəyirli kəndi A.Quliyev adına tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Cəyirli kənd İƏD üzrə nümayəndəliyinin əməkdaşları, A.Quliyev adına Cəyirli kənd tam orta məktəbin direktoru Məsud Əliyev, R.Hüseyinov adına Cəyirli kənd ümumi orta məktəbin direktoru Ağakərim Şirinov, hər iki məktəbin “Həyat bilgisi” fənni tədris edən müəllimlər, yuxarı sinif şagirdləri, Cəyirli kənd məscidinin imamı Məzahir Axundov və kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov 2017-ci ili möhtərəm Prezdentimiz tərəfindən "İsalm Həmrəyliyi İli" elan etməsi, islam həmrəyliyinin tarixi, mahiyyəti barədə, ölkədə eləcədə rayonda hökm sürən inkişafdan, sabitlikdən danışdı, A.Şikarov həmçinin dini radikalizm və onun fəsadlarından danışaraq dini radikalizmlə mübarizədə hər kəsi, əsasən də gəncləri fəal olmağa çağırdı.
Çıxışlarda xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlər barədə məlumat verilərək dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət" sənədli filminin nümayişi ilə davam etdirilib.
Tədbirin sonunda çıxış edən kənd ağsaqqalları, müəllim və şagirdlər ölkəmizdəki inkişaf və sabitliyə görə möhtərəm Prezdentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirərək hamını bu inkişafa və sabitliyə mane olmaq istəyənlərlə mübariz olmağa çağırdılar.