Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan şəhər 2 saylı tam orta məktəbində “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

26 dekabr 2017 | 16:00

Qobustan şəhər 2 saylı tam orta məktəbində “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

   Dekabrın 26-da Qobustan rayonu İcra hakimiyyəti və Qobustan rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qobustan şəhər 2 saylı tam orta məktəbində “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
    Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, “Qobustan” qəzetinin redaktoru Ruslan Şahbazov, “Heydər” məscidi  dini icmasının sədri Çingiz Babaşov, Qobustan şəhər 2 saylı tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov ölkəmizdə, eləcə də rayonumuzda hökm sürən multikultural, tolerant mühit, inkişaf və sabitlik barədə ətraflı danışdı.
     Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminin nümayişi ilə davam etdirildi.
      Filmin nümayişindən sonra filmdə cərəyan edən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı. Çıxış edənlər Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, “Heydər” məscidi  dini icmasının sədri Çingiz Babaşov, gənclər, məktəbin müəllim və şagirdləri milli-mənəvi dəyərlərimizə zidd olan qeyri-ənənəvi dini cərəyanlara, dini radikalizmə qarşı mübarizədə hər kəsin məsuliyyət daşıdığını və belə maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini bildirdilər.

Keçidlər