Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan şəhərində “İslam Həmrəyliyi İlinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib

28 dekabr 2017 | 16:00

Qobustan şəhərində “İslam Həmrəyliyi İlinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib

     Qobustan şəhərində Qobustan rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi İlinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
    Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Başçının müavini, İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə Komissiyasının sədri Təranə Güləliyeva və Dini İşlər üzrə Komissiyasının üzvləri, RİH başçısının inzibati ərazi dairələri üzrə ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
    Tədbir DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” filminin nümayişi ilə başlanıb. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    Daha sonra “İslam Həmrəyliyi İlinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edən Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov il ərzində görülmüş işlər, rayondakı dini durum və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.
    Çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və digərləri görülmüş işlərlə yanaşı mövcud problemlərdən və onların həlli yolunda hər bir tədbir iştirakçısının məsuliyyətindən danışdılar.     
     Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Xilmilli “Molokan ruhani-xristian” dini icmasının sədri Tsapleva Yekaterina Nikolayevna Qobustan Rayonu İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
     Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər