Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Icra Hakimiyyətinin akt zalında İcra Hakimiyyətinin, yerli icma, səhiyyə, təhsil, bələdiyyə nümayndələrilə və valideynlərlə görüş keçirdilər

28 dekabr 2017 | 16:00

Bu gün @uafa.az  təşkilatının  nümayəndələri Qobustan rayon Icra Hakimiyyətinin akt zalında   İcra Hakimiyyətinin, yerli icma,  səhiyyə, təhsil, bələdiyyə nümayndələrilə və valideynlərlə görüş keçirdilər.
Görüşdə BP-nin maliyyə dəstəyi ilə rayonda yaradılacaq Erkən Müdaxilə və erkən müəyyənləşirilməsi otağı və Məktəbəqədər Təhsil layihəsi haqqında geniş məlumat verildi.
   Layihə neft kəməri boyunca yerləşən 10 (Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa ) rayonda həyata kecirilir.
Yeni 2018-ci ildən başlayaraq layihə daha  üç rayonda (Qobustan , Şirvan, Ağsu) həyata keçiriləcək.  Beləliklə, 13 region əhatə olunacaq!
Layihənin məqsədi 0-3  yaşlı uşaqlarda əlilliyin erkən müəyyənləşdirilməsi və mövcud inkişaf geriliyinə erkən müdaxilə olunmasidir.
   Layihə çərçivəsində həm yerli tibb işhçiləri, həm də valideynlər təlimlərə cəlb olunurlar.
   Erkən Müdaxilə nədir? Daha ətraflı burada  www.uafa.az/0-3

Keçidlər