Qobustan şəhərindəki Gənclər Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli yığıncaq keçirildi.
Qobustan şəhərindəki Gənclər Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli yığıncaq keçirildi.
Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayon sakinlərini qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən danışıb. O, respublika iqtisadiyyatının inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayaraq, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirib. Ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, qazanılan uğurlarından danışdı. 2017-cı ilin xalqımız, o cümlədən qobustanlılar üçün uğurlu olduğunu qeyd edən A.Məmmədov yola saldığımız ildə rayonda həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən danışdı. Sonra qeyd etdi ki, yola saldığımız ildə rayonun makroiqtisadi göstəriciləri yüksəlib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib.
Bayram şənliyində Şaxta baba və Qar qız qobustanlılara Yeni il arzularını çatdırdılar, uşaqlara bayram hədiyələri paylaydılar və uşaqlarla birgə rəqs etdilər. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaratdılar.