Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbir

24 iyun 2022 | 15:36

Qobustan rayon Heydər Əliyev Mərkəzində Qobustan RİH və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 26 iyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbir keçirildi.  Tədbirdə Başçının müavini -İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri Təranə Güləliyeva, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova, Xəzər Universitetinin müəllimi, klinik psixoloq, neyroelm uzmanı Aydan Xasməmmədzadə və Qobustan rayon Gəncləri və ictimaiyyət nümayəndələri ictimayyətinin nümayəndələri iştirak etdi. Tədbiri giriş sözü ilə Başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva açdı. Sağlam həyat tərzinin təbliği,ziyanlı vərdişlərin,narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri,mövzusunda çıxış etdi. Sonra isə sözü Nailə İbrahimova və Aydan Xasməmmədzadə çıxış edərək tədbir işçilərini mövzu haqqında ətraflı məlumatlandırdılar.

 

   

Keçidlər