Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İrsini öyrənək” adlı dərslər keçirildi.

05 fevral 2014 | 16:00

Qobustan rayon Təhsil şöbəsinin təşəbbüsü ilə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İrsini” öyrənək mövsuzunda dərslər keçirildi.
Rayon Təhsil Şöbəsinin müdiri Füzuli Güləliyev Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda yerləşən Ulu Öndərin abidəsi önünə gül dəstələri qoydu. Sonra tədbir iştirakçıları mərkəzin akt zalında dərsə başladılar.
Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdiri Füzuli Güləliyev acaraq   ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən geniş söhbət açdı. Bu dərslərin tədrisində məqsəd, yetişməkdə olan gənc nəslə müstəqil Azərbaycanda dövlət quruculuğu sahəsində ümummilli liderimiz Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycan veynəlxalq aləmdə nüfuzunun getdiçkcə arması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında şagirdlərə daha ətraflı və dolğun məlumatlar çatdırmaqdır. F.Güləliyev onu da qeyd etdi ki, mənim üçün sevindirici haldır ki, yeni vəzifəmdə ilk rəsmi tədbirim məhz Ulu öndər Heydər Əliyevlə bağlıdır.
Sonda F.Güləliyev bu işə təhkim olunmuş tarix müəllimlərinə öz tövsiyə və məsləhətlərini verdi.
Dərsdən sonra Ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin işçiləri tərəfindən .agirdlərə mərkəzdə olan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostenlər haqqında məlumat verildi və şagirdlərlə xatirə şəkilləri çəkildi.
Dərslər mütəmadi olaraq fevral-may aylarında davam etdiriləcək.

Keçidlər