26.02.2025 - ci il Xocalı faciəsinin ildönümü Respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da geniş şəkildə qeyd olunur.
Xocalı faciəsinin ildönümü Respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da geniş şəkildə qeyd olunur.
Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda yaşayan Xocalı sakinləri, şəhid ailələri və müharibə veteranları iştirak edib.
İlk öncə tədbir iştirakçıları Qobustan rayon Şəhidlər xiyabanının önünə gül dəstələri düzüb, daha sonra məktəblilərin Xocalı faciəsinə dair çəkdiyi şəkillərdən ibarət sərgiyə baxış keçirilib, tədbir Qobustan rayon İcra hakimiyyətinin akt zalında davam edib. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Sonda Xocalı faciəsinə dair hazırlanmış qısametrajlı filmə nümayiş etdirilib.
Eyni zamanda qeyd olunub ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib: “Vətən müharibəsində torpaqlarımız otuz illik işğaldan azad olundu, ölkəmiz ərazi bütövlüyünü bərpa edib, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirib. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq”.