26.09.2025 – ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qobustan şəhər 3 saylı tam orta məktəbi binasının akt zalında Şagirdlər tərəfindən məktəblərə kəsici,deşici alətlərin, siqaret,elektron qəlyan və qadağan olunmuş əşyaların gətirilməsi hallarına qarşı mübarizə ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Qobustan Rayon Polis Şöbəsinin Əməliyyat İşi üzrə Rəis müavini polis polkovnik leytenantı Emin Məmmədzadə, Qobustan RİH – nin əməkdaşları, Qobustan RPŞ – nın əməkdaşları, məktəb direktorları və müəllim heyyəti iştirak etmişdir.
Tədbirdə Qobustan Rayon Polis Şöbəsinin Əməliyyat İşi üzrə Rəis müavini polis polkovnik leytenantı Emin Məmmədzadə və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək - kəsici,deşici alətlərin, siqaret,elektron qəlyan və qadağan olunmuş əşyaların şagirdlər tərəfindən istifadəsinin zərərlərindən və erkən nigah hallarının qarşısının alınması üçün tədbirlər görülməsindən bəhs etmişdir.