Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda 2 Fevral – Azərbaycan Gəncləri Günü təntənəli şəkildə qeyd olunub.

01 fevral 2018 | 16:00

 

Qobustan rayon İcra hakimiyyətinin akt zalında keçirilən yığıncaqda icra hakimiyyətinin başçısı Adil Məmmədov gəncləri təbrik edib, əmək fəaliyyətində, təhsildə və idmanda onlara uğurlar arzulayıb. Bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəslin yetişdiyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı bunun təməlini Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsi olduğunu vurğulayıb.

Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, rayon icra hakimiyyətinin başçısı aparatının sektor müdiri Niyal Xanaliyev və başqaları çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarının icrası, uğurla həyata keçirilən Dövlət proqramları gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, paytaxt və rayonlarda Gənclər evinin, Gənclər mərkəzinin açılması gəncliyin uğurlu gələcəyinə hesablanıb. İndi ölkəmizin digər rayonlarında, o cümlədən Qobustanda Gənclər mərkəzi fəaliyyət göstərir. Məqsəd gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtlarının səmərəli təşkilidir.

Vurğulanıb ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətində idmanın inkişaf etdirilməsi, onun kütləviliyinin artırılması mühüm yer tutur. İndi bütün bölgələrdə olduğu kimi, Qobustan rayonunda da idman olimpiya kompleksi fəaliyyət göstərir. Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, xüsusi qayğısı nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. İdmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları da bunu təsdiqləyir.

Tədbirin sonunda rayonun ictimai-mədəni həyatında, habelə idmanda fərqlənən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər