Qobustan rayonunda 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlərə dair hesabat yığıncağı keçirildi.
Qobustan rayonunda 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlərə dair hesabat yığıncağı keçirildi.
10 fevral 2018-ci il tarixdə keçirilən hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, sosial layihələrin icrası istiqamətində ciddi tədbirlər görülüb və uğurlu nəticələr qazanılıb.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı sahəsində görülən işlər, habelə həllini gözləyən məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından, qazanılan böyük uğurlardan,habelə qarşıda duran konkret vəzifələrdən danışıb.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.