Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr-Vətən müharibəsinin başladığı gün və Anım Günüdür

27 sentyabr 2024 | 14:46

     Bu gün Qobustan rayon Şəhidlər Xiyabanında anım tədbiri keçirildi. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov, aparat əməkdaşları, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etdilər və Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə saat 12:00-da Qobustan rayon ərazisində bir dəqiqəlik sükut olundu.

Tədbirdən sonra ağacəkmə aksiyası keçirildi.

    Sonra Şəhidlərin məzarları ziyarət edilərək,  şəhid ailələri, Vətən Müharibəsi əlilləri, qazilərlə görüşlər keçirilmişdir.

       27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Qarabağın göylərindən Cənnətə yol salanlar, ruhunuz şad olsun. Sizin canınız və qanınız bahasına bu Vətən bütöv oldu. Azərbaycan kimi müqəddəs və əbədisiniz.

Ruhunuz qarşınızda baş əyirik!!

Keçidlər