YAP Qobustan rayon təşkilatının növbəti Şura iclası keçirildi
Şura iclasında Şura üzvləri,idarə heyətinin üzvləri, NQT-üzvləri və Gənclər Birliyinin,Qadınlar Şurasının üzvləri və ərazi ilk partiya təşkilatının sədrləri iştirak edirdilər. İclasda çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev iclası gündəliyi haqqında məlumat verdi. YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev 08 fevral 2018- ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VI qurultayınnda qəbul edilmiş qərarlar , növbəti Prezident seçkilərinə hazırlıq və Yeni Azərbaycan Partiyası tərəfindən cənab Prezidentimiz İlham Əliyevin namizədliyinin böyük ruh yüksəkliyi ilə verilərək qəbul edilməsi haqqında ətraflı məlumat verdi.Qeyd etdi ki, Partiyamızın bu qərarı əslində ümumxalq mövqeyinin ifadəsidir.
Şura iclasındaYAP Qobustan rayon təşkilatının idarə heyətinin üzvü Adil Məmmədov çıxış edərək 11 aprel 2018- ci ildə keçiriləcək növbəti Prezident Seçkiləri münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır.Bütün sahələr üzrə Dövlət Proqramları həyata keçirilir.Mühüm islahatlar reallaşdırılıb,ölkəmizi hərtərəfli inkişafı üçün geniş miqyaslı tədbirlər gerçəkləşib.Eyni zamanda humanitar,mədəniyyət, idman və digər sahələrdə də ciddi nailiyətlər qazanılıb.Bu nailiyyətlərin əsasında Heydər Əliyev ideyaları,Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır.Ona görə də xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəklədiyini vurğuladı.