Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6 illiyinə həsr olunmuş tədbir keçirilib.

13 fevral 2018 | 16:00

Tədbiri açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan Rayon Bölməsinin rəisi, polkovnik leytenant Mərdan Nəhmətov keçən 6 il ərzində Dövlət Xidməti və onun Qobustan Rayon Bölməsi tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, idarə öz işini rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrlə sıx əlaqədə qurub, xüsusilə rayonun orta təhsil müəssisələri, yerli özünüidarə orqanları, veteran və gənclər təşkilatları ilə birgə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin, onların silahlı qüvvələrdə xidmətə hazırlığı məsələlərinin möhkəmləndirilməsi, çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının aparılması işlərinə xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, keçən müddət ərzindən Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırış zamanı xidmətdən hər hansı yayınma və ya fərarilik halları olmayıb.

Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov qeyd edib ki, 2012-ci il fevralın 13-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılıb. Fərman vətəndaşların hərbi xidmətə çağırışı sahəsində idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədini daşıyırdı. Keçən müddət ərzində xidmət və onun rayon Bölməsi tərəfindən xeyli iş görülüb, əməkdaşlar üzərilərinə düşən mühüm və məsuliyətli vəzifələrin öhdəsindən layiqincə gəliblər.

 

Keçidlər