Şriftin ölçüsü :

Saytın rəngi :

14 fevral 2018-ci il tarixdə Qobustan rayon Cəmcəmli kəndində RİH başcısı Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi

14 fevral 2018 | 16:00

    14 fevral 2018-ci il tarixdə Qobustan rayon Cəmcəmli kəndində RİH başcısı Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Cəmcəmli kənd İƏD üzrə nümayəndə Mehman Əhmədov hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və hayvandarlıqdır. Kənddə 7 ədəd konbayn, 20 ədəd şum traktoru və digər texniki vasitələr fəaliyyət göstərir ki, bunlar da əkinçiliklə məşğul olan kənd sakinlərinin işini asanlaşdırır. Digər sahələr haqqında da ətraflı məlumat verdi.
   Kənd sakinlərindən Əzizov Qüdrət, Tarverdiyev Abdulhəşim, Bayramova Ziyafət, Baxşıyev Rəssam  cixişlarında ölkə başçısı cənab İlham Əliyevə rayonda aparılan quruculuq və  abadlıq işlərinə görə dərin minnətdarlıqlarını bildirdilər və təşəkkür etdilər. Çıxış edən kənd sakinləri  qeyd etdilər ki, kəndə gələn yolun təmir olunması, tibb məntəqəsinin tikilməsi, müasir standartlara cavab verən məktəbin tikilərək  istifadəyə verilməsi, qaz təminatı , işq təminatı fasiləsiz verilməsi və sair işlərin aparılmasına görə ilk öncə Ölkə Prezidentinə, sonra isə Qobustan RİH-nin başçısı A.Məmmədova öz minnətdarlıqlarını bildirdilər. Sakinlər Qobustan RİH-nin başçısı A.Məmmədovdan su probleminin tezliklə həll olunmasını xahiş etdilər.    Sonra RİH başcısı cənab A. Məmmədov çıxış edərək  kənd sakinlərinin işgüzarlıqlarını xüsusi qeyd etdi və onlara öz minnətdarlığını bildirdi. Kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini vurğuladı. RİH başcısı cənab A. Məmmədov bildirdi ki, fevral ayının 17-dən sonrakı hər həftənin şənbə və bazar günləri rayon ərazisində  yarmarkalar fəaliyyət göstərəcək. Hər bir kənd sakininin bu işdə fəal iştirak etməllərini tövsiyə etdi.

   Sonda RİH başcısı cənab A. Məmmədov sakinlərin təkliflərini nəzərə alaraq o sahələrə məsul olan şəxslərə öz tapşırıqlarını verdi. Kənd sakinlərinin əsas əziyyət çəkdikləri su probleminin də yaxın vaxtlarda öz həllini tapacağını bildirdi  Kənd sakinlərinə gördükləri işlərdə uğurlar arzuladı.

 

Keçidlər