22 fevral 2018-ci il tarixdə Qobustan rayon Sədəfli kəndində RİH başcısı Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi
Qobustan rayon Sədəfli kəndində RİH başcısı Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Sədəfli kənd İƏD üzrə nümayəndə Hamlet Ağayev hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Kənd sakinlərindən Qədirov Elşən, Əmirov Əligüllah, Sevdimaliyev Mayıs çixişlarında ölkə başçısı cənab İlham Əliyevə rayonda aparılan quruculuq və abadlıq işlərinə görə dərin minnətdarlıqlarını bildirdilər və təşəkkür etdilər. Kəndin qazlaşdırılmasını xahiş etdilər.
Sonra RİH başçısı cənab A. Məmmədov çıxış edərək kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin qənaətbəxş hesab edildiyini vurğuladı. RİH başcısı cənab A. Məmmədov bildirdi ki, fevral ayının 17-dən sonrakı hər həftənin şənbə və bazar günləri rayon ərazisində yarmarkalar fəaliyyət göstərəcək. Hər bir kənd sakininin bu işdə fəal iştirak etməllərini tövsiyə etdi. Sonda RİH başcısı cənab A. Məmmədov sakinlərin təkliflərini nəzərə alaraq o sahələrə məsul olan şəxslərə öz tapşırıqlarını verdi. Kənd sakinlərinin əsas əziyyət çəkdikləri qaz probleminin də yaxın vaxtlarda öz həllini tapacağını bildirdi Kənd sakinlərinə gördükləri işlərdə uğurlar arzuladı.