Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentimiz İlham Əliyevin ölkə əhalisinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və fevralın 10-dən əhalinin tibbi müayinəsinə başlanılmışdır.

01 mart 2018 | 16:00

Prezidentimiz İlham Əliyevin ölkə əhalisinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və fevralın 10-dən əhalinin tibbi müayinəsinə başlanılmışdır.
      Əhalinin tibbi müayinədən keçməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr rayonumuzda da yüksək səviyyədə icra olunur. Fevralın 10-dan mayın 1-nə qədər humanitar aksiya çərçivəsində 45914 sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
      Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya sakinlər arasında geniş təbliğat və məlumatlandırma işləri aparır. Bunun nəticəsidir ki, əhali aksiyada mütəşəkkil sürətdə iştirak edir. Tibbi müayinənin gedişatı rayon rəhbərliyinin diqqət mərkəzindədir.
      Müayinələr əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir. Tibbi müayinə Qobustan MRX-da, Təklə və  Sündü KSX-da həyata keçirilir. Hal-hazırkı dövrə qədər 3923 nəfər tibbi müüayinədən keçmişdir. 3671 nəfəri sağlam hesab edilmişdir. Bunlardan 217 nəfər ambulator müalicəyə, 18  nəfər stasionar müalicəyə qəbul olunmuşdur. 17 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir. Tibbi müayinəyə 19 yaşayış məntəqəsi cəlb edilmişdir. Təklə yaşayış məntəqəsində tibbi müayinə başa çatmışdır. 25.000-dən artıq əhalinin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur.
      Tibbi müayinələrin məqsəd və əhəmiyyəti barədə əhali arasında müntəzəm olaraq maarifləndirmə işi aparılır. İndiyənə qədər vətəndaşlardan heç bir şikayət daxil olmayıb. Biz çalışacağıq ki, bu müddət ərzində bütün əhalinin tibbi müayinəsini başa çatdıraq.

Keçidlər