Qobustan rayonunda 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirdi.
Bu gün Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı müavini-aqrar məsələlər şöbəsinin müdiri Allahyar Atakişiyev bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Qobustan Rayonu İcra Hakimiyyətinin müavini-İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva bu gün Azərbaycan qadınının yüksək pillələrdə dayandığını, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanaraq ictimai həyatın bütün sahələrində öz sözünü inamla dediyini qeyd edib.
Bayram tədbiri Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib.
Tədbirə rayonun təhsil, səhiyyə və digər sahələrini əhatə edən idarə, müəssisə və təşkilatlarını, həmçinin ictimai birlikləri təmsil edən qadınlar qatılıblar.