Qobustan rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi.
Tədbirdə Qobustan rayon İcra hakimiyyəti başçısı cənab Adil Məmmədov, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qobustan rayon İcra hakimiyyəti başçısı cənab Adil Məmmədov bütün xanımları bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi.Onlara uzun ömür,can sağlığı və iş fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
Bu gün birinci Vitse prezident Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Respublikamızın bir çox sahələrində rəhbər işçi kimi çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.Tədbir konsert proqramı ilə davam etdi.
Daha sonra söz Qobustan rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyevaya verildi. O, bütün xanımları təbrik etdi və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə seçilən Zümrüd Şərifovaya Tərəqqi medalını təqdim etdi. Bu medal Qobustan qadınlarına hörmətli cənab Prezidentimiz tərəfindən təltif edilmiş ikinci Tərəqqi medalı idi. İlk dəfə Qobustan qadınları arasında bu medala layiq görülmüş zəhmətkeş xanım Solmaz Mehralıyeva olmuşdur. Sonra T.Güləliyeva Qobustan qadınlarına verilən diqqət və qayğıya görə başda möhtərəm Prezidentimizə, sonra isə Qobustan RİH-nin başçısı A.Məmmədova bütün Qobustan qadınları adından təşəkkürünü və minnətdarlığını bildirdi. Sonra səmərəli iş fəaliyyətinə görə seçilən xanımlara İcra başçısının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.