Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilib.

08 aprel 2018 | 16:00

08 aprel 2018-ci ildə Qobustan rayon İcra Hakimiyyətinin, Qobustan rayon İcra Hakimiyyəti başçısının Xilmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının birgə təşkilatçılığı ilə Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilib.
       Tədbirdə Qobustan rayon İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan qəzetinin baş redaktoru Şahbazov Ruslan, Xilmilli kənd İƏD üzrə nümayəndəsi Adil Bayramov, Xilmilli kənd bələdiyyəsinin sədri Namik Mirzəyev, Heydər məscidinin imamı Çingiz Babaşov, Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının və Xilmilli kənd məscidi dini icmasının üzvləri iştirak ediblər.
       Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov “Molokan ruhani-xristian” dini icmasının üzvlərini Qobustan rayonu İcra hakimiyyəti başçısı və rayon ictimaiyyəti adından təbrik etmişdir. A.Şikarov çıxışında ölkəmizdəki multikultural, tolerant mühitdən və bu sahəyə ölkə Prezidentinin, həmçinin rayon rəhbərliyinin diqqət və qayğısından danışmışdır.
       Heydər məscidinin imamı Çingiz Babaşov “Molokan ruhani-xristian” dini icmasının üzvlərini Qobustan dindarları adından təbrik etmiş, rayonumuzda dinlərarası, millətlərarası münasibətlərin yüksək qarşılıqlı dostluq şəraitində olduğunu vurğulamışdır.
        Xilmilli “Molokan ruhani-xristian” dini icmasının sədri Yekaterina Tsapleva və din xadimi Fyodor Raxmanin göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdilər.

Keçidlər