Qobustan rayonunda da gənclərin həqiqi hərbi xidmətə yola salınması uğurla həyata keçirilir.
Tədbiri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzürə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi polkovnik leytenant Mərdan Nəhmətov giriş sözü ilə açaraq iştirakşıları salamladıqdan sonra qeyd etdi ki, hörmətli tədbir iştirakçıları, əziz çağırışçılar !
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin müvafiq fərmanına əsasən Respublikamızın hər yerində olduğu kimi, Qobustan rayonunda da həqiqi hərbi xidmətə çağırış kompaniyası keçirilir.
Əsası ümümmilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Ordu quruculuğu, cənab prezidentimiz tərəfindən yüksək diqqət və qayğı nəticəsində inkişaf etmiş və Qafqazın lider ordusuna çevrilmişdir.
Beynalxalq araşdırılmalar mərkəzlərinin məlumatına görə Milli Ordumuz dünyanın ən güclü, ordu sıralarında 50 –ci yeri tutur. Postavet ölkələri arasında isə 5-ci yerdədir.
Milli Ordumuzun hərbi-texnikiası, silah-sursatları və digər mudafiə xarakterli texnikaları muasir standartlara cavab verən texniki vasitələrlə təchiz olunmuşdur. Milli Ordumuzun xidmət personalı mülki işçilərdən təyin olunur. Əsgər heç bir yeməkxana və təsərrüfat işlərinə cəlb olunmur, ancaq hərbi texnika ,silah –sursatı və digər texnikaların dərindən öyrənilməsinə cəlb olunurlar.
2 il bundan öncə Aprel döyüşləri zamanı biz bunun şahidi olduq . Aprel döyüşləri zamanı ordumuz işğal altında olan minlərlə hektar torpaqlarımızı düşmən tapdağından azad etdi.
Aprel döyüşlərində igidlik göstərərək şəhid olmuş həmyerlimiz gizir Müstəcəbov Orxan Ələsgər oğlunun da torpaqlarımızın geri alınmasında öz payı var.
Cəbrayıl rayonunun ,Cocuq-Mərcanlı kəndi , Lələ-təpə yüksəkliyi,Talış kəndinin əraziləri Silahlı Qüvvələrimizin,cəsarəti , igidliyi nəticəsində düşmənə böyük itkilər verərək öz nəzarəti altına aldılar.
Bu günlər Cocuq –Mərcanlı kəndi , möhtərəm cənab prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə yenidən qurulur, evlər tikilmiş,muasir infrastruktur yaradılmış və məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıtmışlar.
Milli Ordumuzun Şəxsi heyətlə komplektləşdirilməsində Səfərərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rolu böyükdür . 2012 -ci ilin fevral ayında yaradılan Səfərərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gördüyü işlər nəticəsində bu gün çağırışdan yayınma halları yoxdur.
Səfərərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəliyi tərəfindən hərbi hissələrə çağırışçıların təyin olunması,xüsusi qoşunlara bölünməsi,şəffaf şəkildə həyata keçirilir.
Hər bir çağırışçı,internet vasitəsi ilə Səfərərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına daxil olaraq əvvəlcədən təyin olunduqları yeri və hərbi hissəni öyrənə bilirlər.
Çağırışa hazırlıqla əlaqədar , rayon icra hakimiyyətinin əməkdaşları və ərazi icra nümayəndələri bu işdə yaxından köməklik göstərmişlər.Çağırışa cəlb olunan gənclərin vaxtı-vaxtında Səfərərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinə gəlmələri 100 % təmin olunmuşdur.
Əziz çağırışçılar mənim bir hərbiçi kimi sizlərə tövsiyyəm ondan ibarətdir ki, harada xidmət etməyinizdən asılı olmayaraq komandirlərinizin əmr və göstərişlərinə əməl edin, hərbi texnikanın sirlərinin dərindən öyrənin,hərbi nizamnamənin tələblərinə uyğun xidmətnizi təşkil edin.
Rayon icra hakimiyyəti başcısı cənab Adil Məmmədova , rayon icra hakimiyətinin şəxsi heyətinə, Hüquq-mühafizə orqanlarının rəhbərlərinə və şəxsi heyyətinə çağırışın yüksək səviyyədə keçirilməsində yaxından göstərdikləri köməyə görə şəxsi heyət və öz adımdan minnatdarlığımı bildirirəm.
Əziz çağırışçılar Sizlərə xidməti fəaliyyətinizdə uğurlar,arzulayıram və arzu edirəm ki siz işğal altında olan torpaqlarımızın geri qaytarılmasında iştirak edib, bayrağmızı Şuşada , Xankəndində , bütün Qarabağda dalğalandırasınız və sağ –salamat evlərinizə dönəsiniz.Sağ olun!
Sonra Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bu gün münasibətilə çağırışçıları və onların valideynlərini təbrik etdi. Çıxışında bildirdi ki, Azərbaycanın güclü ordusu vardır. Ordumuzun potensialı günü-gündən möhkəmlənir və güclənir. Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən də cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Qobustanlı gənclər də hərbi xidmətə böyük həvəslə yola düşürlər. Xidmətdən yayınma hallarına qətiyyən rast gəlinmir. Hətta əsgərlərimizin bir qismi hərbi xidmətlərini başa vurduqdan sonra da orada çalışmağa üstünlük verirlər. Döyüş zamanı da böyük şücaət göstərirlər. Məlum Aprel döyüşlərində həmyerlimiz Orxan Müstəcəbov döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.
Əziz çağırışçılar, sizin hər birinizi bağrıma basıram və bu şərəfli yolda hər birinizə uğurlar arzu edirəm.
Tədbirdə Rayon Ağsaqqalları və valideyinlər çıxış edərək çağırışçılara öz tövsiyələrini verdilər, hərbi xidmətlərini layiqincə yerinə yetirmələrini arzuladılar. Çağırışçılardan bir neçəsi öz ürək sözlərini dedilər. Sonda söz musiqiyə verildi. Çağırışçılar valideynləri ilə birlikdə rəqs etdilər. Daha sonra isə böyük ruh yüksəkliyi ilə xoş musiqi sədaları altında hərbi hissələrə yola salındılar.