Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu İcra hakimiyyəti başçısının 2018-ci ilin birinci rübünün yekunlarına dair HESABATI

16 aprel 2018 | 16:00

Qobustan rayonu İcra hakimiyyəti başçısının 2018-ci  ilin birinci rübünün yekunlarına dair
HESABATI

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 3863 nömrəli Sərəncamı ilə Qobustan rayonu Şıxzərli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə 425,0 min manat vəsait ayrılmışdır.
     Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamı ilə 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin siyahısına Şıxzahırlı kəndinin də adı daxil edilmişdir. Bu il Şıxzahırlı kəndinin də qazlaşdırılması başa çatdırılacaqdır.
     Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3667 nömrəli sərəncamı ilə Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi üçün  Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə  1 milyon 391 min manat vəsait ayrılmışdır.
     Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli 3781 nömrəli sərəncamı ilə əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2018-ci ildə Çuxanlı və Sündü kəndlərində 1 ədəd artezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin edilməsi məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılmışdır. 
       Yuxarıda qeyd olunanları ümumiləşdirməklə qeyd etmək istərdim ki, təkcə bu ilin birinci rübündə cənab Prezidentin rayonumuzun təhsil, səhiyyə, istehsal, əkin sahələrinin suvarılması istiqamətində 5 sərəncamı olmuşdur ki, bu sərəncamlarla ümumilikdə rayona 20 milyon manatdan artıq vəsait ayrılmışdır. Ayrılmış bu vəsait rayon büdcəsindən 5 dəfə çoxdur.

\

Keçidlər