Şriftin ölçüsü :

Saytın rəngi :

29.12.2025 – ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Gənclər Evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir və konsert proqramı keçirilmişdir.

29 dekabr 2025 | 14:57

29.12.2025 – ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Gənclər Evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir və konsert proqramı keçirilmişdir. Tədbirdə Qobustan  Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov,Hüquq mühafizə orqanlarının rəhbərləri, Qobustan RİH – nin əməkdaşları, Şəhid ailələri və qazilər, İdarə və müəssisələrin rəhbərləri,Rayon ağsaqqalları və Rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Qobustan  Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik gününün hər bir azərbaycanlı üçün inam və ümid anı olduğunu bildirmişdir.

Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.

Keçidlər