Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Təklə kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

25 aprel 2018 | 16:00

Qobustan rayon Təklə kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Təklə kənd İƏD üzrə nümayəndə Hüseyinov Hüseyinağa Allahverdi oğlu hesabat verərək ötən il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki ,əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
   Sonra kənd əhalisindən Səbzəliyev Tahir Bəylər oğlu, Eyvazov Eyvaz Xanalı oğlu çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kəndin məktəbə yeni ad verilməsini və kəndə su xəttinin çəkilməsini xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış edərək bildirdi ki,  kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edilsədə mübarizənin davam edilməli olduğunu vurğuladı.

Keçidlər