Şriftin ölçüsü :

Saytın rəngi :

30 oktyabr 2026-cı il tarixində Nabur kəndində Vətən müharibəsi şəhidi Məmmədov Bəxtiyar Bayramşah oğlunun anım günü tədbiri keçirilmişdir.

30 oktyabr 2026 | 14:37

30 oktyabr 2026-cı il tarixində Nabur  kəndində Vətən müharibəsi şəhidi Məmmədov Bəxtiyar Bayramşah  oğlunun anım günü tədbiri keçirilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Qobustan RİHBA-nın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri və Nabur kənd sakinləri iştirak etmişlər. Tədbir zamanı şəhid Məmmədov Bəxtiyar Bayramşah oğlunun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuşdur.

  Məmmədov Bəxtiyar  1996-cı il avqustun 16-sında  Qobustan rayonunun Nabur  kəndində anadan olmuşdur.

  2005-ci ildə Nabur  kənd tam orta məktəbində birinci sinfə daxil olmuş, təhsil illərində məsuliyyətli, nizam-intizamlı və çalışqan şagird kimi tanınmışdır. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır.

 Hərbi xidmət zamanı nizam-intizamı,nümunəvi davranışları ilə əsgər yoldaşlarının və komandanlığın hörmətini qazanmış və hərbi xidmətini uğurla başa vurmuşdur.Bəxtiyarın hərb sahəsinə olan marağı və vətənpərvərliyi onu yenidən ordu sıralarına yönəltmiş və Xüsusi Təyinatlı Qüvvələrin kursunu  uğurla başa vuraraq xidmətini davam etdirmişdir.

  2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün Vətən müharibəsi başlayanda  Bəxtiyar Məmmədov  xidmət etdiyi hərbi hissənin tərkibində  döyüş əməliyyatlarına cəlb olunmuşdur. O, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Məmmədov Bəxtiyar Bayramşah oğlu ölümündən sonra "Vətən uğrunda",və "Füzulinin azad olunmasına görə"  medalları   ilə təltif edilmişdir.

Keçidlər