Şriftin ölçüsü :

Saytın rəngi :

30 oktyabr 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Qobustan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Qobustan şəhər A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda maarifləndirici tədbir keçirildi.

30 oktyabr 2026 | 16:49

     Tədbirdə Qobustan RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri Aytən Əhmədova, Qobustan RİH yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnar Mehdiyeva, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Qobustan rayonu üzrə  gənclər və idman sektorunun baş məsləhətçisi Nəzrin Cəfərova, müəllimlər və şagirdlər iştirak etdilər.

     Tədbirdə çıxış edən Gülnar Mehdiyeva bildirdi ki, əxlaqi dəyərlər insanın şəxsiyyət kimi formalaşmasının əsasını təşkil edir. Dürüstlük, vicdanlılıq, böyüklərə hörmət, kiçiklərə qayğı, mərhəmət, sədaqət, məsuliyyət və vətənpərvərlik kimi keyfiyyətlər gənclərin həyat yolunu müəyyənləşdirən mühüm amillərdir. Bu dəyərlərə sahib olan gənc öz sağlamlığının, davranışlarının və gələcəyinin məsuliyyətini dərk edir. O, zərərli vərdişlərdən uzaq durmağa, düzgün həyat tərzi seçməyə, vaxtını səmərəli keçirməyə və öz üzərində işləməyə çalışır.

      Daha sonra Nəzrin Mənsimova çıxış edərək mövzu ətrafında şagirdlərə ətraflı məlumat verdi.

      Tədbir diskussiya formasında davam etdirildi. İştirakçılar mövzu ətrafında öz fikir və mülahizələrini bölüşərək geniş fikir mübadiləsi apardılar.

Keçidlər