Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon İcra Hakimiyyətində humanitar sahə üzrə seminar müşavirə keçirildi.

17 noyabr 2014 | 16:00

        Prezident Yanında İdarəçilik Akademiyasında 28-30 oktyabr 2014-cü il tarixlərində Yerli İcra Hakimiyyəti orqanlarının ictimai-siyasi və humanitar sahələrdə fəaliyətlərinin daha da  təkmilləşdirilməsi məsələlərinə dair şəhər, rayon icra hakimiyyəti başçıları müavinlərinin seminar-müşavirəsi keçirilmişdir.  Seminar-müşavirəni Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev açmış  və  öz çıxışında humanitar sahənin bütün aspektərinə toxunmuşdur.
    Seminar–müşavirə müddətində  ictimai-siyasi və humanitar sahə üzrə problemlərin müzakirəsi aparılmış, qarşıda duran məsələlər və hədəflər müəyyənləşdirilmişdir. Müşavirənin son günü  iştirakçılara humanitar sahə ilə bağlı maarifləndirici jurnal və  bukletlər paylanılmış,  sertifikatlar təqdim olunmuşdur.
        Bu maraqlı seminar-müşavirənin  təfərrüatlarının ictimaiyyətə daha geniş və real şəkildə çatdırılması məqsədilə Qobustan rayon  Icra Hakimiyyəti Aparatında aparatın kollektivinin, idarə, müəssisə rəhbərlərinin, məktəb direktorlarının iştirakı ilə müşavirə təşkil olunmuşdur. Toplantını giriş sözü ilə açan Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov hörmətli akademikin İcra strukturlarının eləcə də  humanitar sahənin inkişafı ilə bağlı tövsiyə və təkliflərini toplantı iştirakçılarının nəzərinə çatdırdı.

       Seminar–müşavirədə iştirak edən  Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva 3 günlük müşavirənin məzmununu, eyni zamanda müzakirə olunan məsələlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi və  öz xoş təəssüratlarını paylaşaraq belə bir təşəbbüsün irəli sürülməsinə görə cənab Prezidentə öz minnətdarlığını bildirdi.

Keçidlər