Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü

30 dekabr 2022 | 12:00

25 dekabrdan  başlayaraq  Qobustan   rayonundakı məktəblərdə, uşaq bağçalarında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir. Belə tədbirlərdən biri də Gənclər Mərkəzində keçirilən təntənəli tədbir oldu.
Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının  kollektivləri və rayon əhalisi iştirak etdilər.  Rayon  İcra Hakimiyyəti başçısı Adil Məmmədov tədbirdə  çıxış edərək ötən 2022-ci ildə rayonumuzda  aparılan  sosial-iqtisadi inkişafdan danışdı, qarşıdakı 2023-cü ildə görüləcək işlər  barədə ətraflı məlumat verdi. Rayon  İcra Hakimiyyəti başçısı Adil Məmmədov vurğuladı ki, bu inkişaf  Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir. Rayon  İcra Hakimiyyəti başçısı Adil Məmmədov bütün qobustanlıları 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.
Rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər,ifalar səsləndirildi.

Keçidlər