Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan şəhərində RİH başçısı cənab Adil Məmmədov şəhər sakinləri ilə görüş keçirdi.

13 iyun 2018 | 16:00

      Qobustan şəhərində RİH başçısı cənab Adil Məmmədov şəhər sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Qobustan şəhər İƏD üzrə nümayəndə Məlikağa Əhədov hesabat verərək  il ərzində şəhərdə görülən işlər barədə danişdı. O, şəhərdə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki , əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıqdır.
      Sonra şəhər əhalisindən Ağaquliyev Təhmiraz Dadaş oğlu və Güləliyev Ağazaman Musaxan oğlu çıxış edərək Qobustan şəhərində aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə şəhər sakinləri adından öz təşəkkürlərini bildirdilər. Şəhər əhalisinin rahatlığı üçün yeni bir şadlıq sarayının tikilməsini və yeni salınan küçədə yardımçı yolunun təmir olunmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov Qobustan şəhərində kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərdə aqrotexniki qaydalara əməl edildiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini qeyd etdi. Sonra qeyd etdi ki, biçin vaxtı yaxınlaşır, ona görə də daha da diqqətli olub taxıl sahələrimizi qorumalıyıq. Bu il rayonumuzda yeni xəstəxananın, Bədəlli - Poladlı kənd yolunun, Qobustan şəhər 3 saylı tam orta məktəbin və xalça emalatxanasının açlışları olacaq. Rayonumuza göstərilən bu diqqət və qayğıya görə cənab Prezdentimizə öz təşəkkürümüzü bildiririk.

Rayonmuzda hər həftənin şənbə-bazar günləri yarmarka keçirilir. Qobustan şəhər əhalisini də daha aktiv iştirak etməyə çağırdı. 

      Vətəndaşlara bildirlidi ki, kənd sakinlərinin qeyd etdikləri problemlərin də yaxın zamanlarda həll olunması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacaqdır.

 

Keçidlər